"Sabah" klubu rusiyalı azarkeşin ölümü ilə bağlı başsağlığı verib
Yeniliklərdən dərhal xəbərdar olun
"Sabah" klubu Bakıda "Barselona" ilə qarşılaşmanı izləmək üçün Azərbaycana gələn rusiyalı azarkeş Anton Petrişşevin vəfatı ilə bağlı başsağlığı verib.
BAKU.WS xəbər verir ki, bu barədə Azərbaycan təmsilçisi məlumat yayıb.
Klubun yaydığı açıqlamada mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verildiyi bildirilib.
Rusiyanın Krasnoyarsk diyarından Bakıya gələn, 1987-ci il təvəllüdlü Anton Petrişşev Bakı Olimpiya Stadionunda keçirilən qarşılaşmanın ikinci hissəsində qəfil özünü pis hiss edib və dünyasını dəyişib. İlkin ehtimala görə, onun ölümünə ürəktutması səbəb olub.
Xatırladaq ki, "Sabah" UEFA Çempionlar Liqasının əsas mərhələsinin V turunda "Barselona"ya 1:4 hesabı ilə uduzub.
Oxşar xəbərlər
Arşavin "Barselona"nı "Real Madrid"dən üstün tutmasının səbəbini açıqlayıb
Ötən gün baş tutan "Sabah"-"Barselona" matçını izləmək üçün Bakıya gələn rusiyalı keçmiş futbolçu Arşavin "Barselona"nı "Real Madrid"dən üstün tutmasının səbəbi...