22 yaşlı "Tik-toker" avtomobil qəzasında öldü

22 yaşlı Tik-toker avtomobil qəzasında öldü
Digər 14

22 yaşlı TikTok blogeri Anya Qluşko (əsl adı Anna Qluşenko) avtomobil qəzasında ölüb.

BAKU.WS lenta.ru-ya istinadən xəbər verir ki, o Voronej vilayəti yaxınlığında həyatını itirib.

"Baza" Telegram kanalının yaydığı məlumata görə, hadisənin səbəbkarı "Turbobatyuşka" ləqəbi ilə tanınan keşiş Aleksey Qonçarov olub.

Məlumatda bildirilir ki, Qluşko "Opel Astra" markalı avtomobilin sükanı arxasında olarkən keşişin idarə etdiyi nəqliyyat vasitəsi ilə toqquşub.

Avtomobildə onunla birlikdə olan 20 yaşlı sərnişin ayaqlarından xəsarət alıb.

Son xəbərlər