Arşavin "Barselona"nı "Real Madrid"dən üstün tutmasının səbəbini açıqlayıb
Yeniliklərdən dərhal xəbərdar olun
Ötən gün baş tutan "Sabah"-"Barselona" matçını izləmək üçün Bakıya gələn rusiyalı keçmiş futbolçu Arşavin "Barselona"nı "Real Madrid"dən üstün tutmasının səbəbini açıqlayıb.
BAKU.WS xəbər verir ki, o "Barselona"nın özünəməxsus oyun üslubuna və fəlsəfəsinə malik olduğunu bildirib.
"Barselonanı niyə bəyənirəm? İlk növbədə, formalarını daha çox xoşlayıram. Bundan başqa, onların həmişə öz oyun üslubu olub. Mən yaşadığım müddət ərzində, təxminən 30 ildir ki, bu fəlsəfə dəyişməyib. "Real"da isə fəlsəfədən çox, futbolçuların toplusu var", - deyə Arşavin müsahibəsində bildirib.
Qeyd edək ki, Andrey Arşavin futbolçu karyerası ərzində "Zenit", Londonun "Arsenal", Qazaxıstanın "Kayrat" və "Kuban" klublarında çıxış edib.
Oxşar xəbərlər
Ayxan Abbasov: "Barselona"nın baş məşqçisi "Sabah"la oyunda əziyyət çəkdiklərini etiraf etdi"
"Barselona"nın baş məşqçisi Hans-Diter Flik UEFA Çempionlar Liqasının əsas mərhələsinin V turunda "Sabah"la oyunda çox əziyyət çəkdiklərini etiraf edib. BAKU.WS...