Məleykə Abbaszadə C bloku ilə bağlı məsələni nəzarətə götürüb, işçi qrupu yaradılıb
Yeniliklərdən dərhal xəbərdar olun
"Bu həftə tələbələrimiz sosial mediada C bloku ilə bağlı müraciət ediblər. Məsələni nəzarətə götürmüşəm".
BAKU.WS xəbər verir ki, bunu Bakı Dövlət Universitetinin rektoru Məleykə Abbaszadə sosial şəbəkə hesabında bildirib.
O qeyd edib ki, bu məsələ ilə bağlı ayırdığı işçi qrupu əraziyə baxış keçirəcək və nəticələrə uyğun olaraq müvafiq işlərə başlayacaq: "Məsələni diqqətimizə çatdıran tələbələrə təşəkkür edirəm".
Xatrıladaq ki, BDU-nun C blokunda təhsil alan tələbələr universitetin rektoru Məleykə Abbaszadəyə müraciət edərək tədris şəraitinin yaxşılaşdırılmasını xahiş ediblər. Tələbələrin sözlərinə görə, korpusun yerləşdiyi ərazidə magistral yolun səsi, eləcə də yaxınlıqdakı qəssabxana və avtomobil yuma məntəqəsindən gələn səslər dərs prosesinə mane olur və onların diqqətini yayındırır.
Oxşar xəbərlər
Sənədsiz evlərlə bağlı VACİB XƏBƏR: Yeni qərar nəyi dəyişəcək?
"Azərbaycanda həyətyanı torpaq sahələrinin mülkiyyət hüququnun rəsmiləşdirilməsi daşınmaz əmlak bazarında ciddi canlanmaya səbəb ola bilər. Yeni dəyişikliklər u...