Həmin şəxs Fira Cəlilovanın qohumu deyil - DETALLAR
Yeniliklərdən dərhal xəbərdar olun
Tanınmış aparıcı Fira Cəlilovanın (Firuzə Cəlilova) Novxanı qəsəbəsində yerləşən bağ evində baş verən hadisə ilə bağlı yeni detallar məlum olub.
BAKU.WS-in məlumatına görə, hadisə ilə bağlı aparılan araşdırmalar zamanı saxlanılan şəxsin evdə bilə-bilə gizlədildiyi üzə çıxıb.
Həmçinin müəyyən edilib ki, saxlanılan Əlihüseyn Hüseynovla Fira Cəlilova arasında heç bir qohumluq əlaqəsi yoxdur.
Xatırladaq ki, aparıcı ötən gün bağ evinə beş avtomobillə gələn, təxminən 15 nəfərdən ibarət naməlum şəxslərin evə daxil olaraq oğurluq etdiyini iddia etmişdi.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məsələ ilə bağlı açıqlamasında bildirmişdi ki, Novxanı qəsəbəsindəki bağ evlərindən birində axtarışda olan şəxsin yeri müəyyən edilib. Polis əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində istintaqdan yayınaraq gizlənən, əvvəllər dəfələrlə məhkum olunmuş Ə.Hüseynov saxlanılaraq istintaqa təhvil verilib.
Qeyd edək ki, Ə.Hüseynov əvvəllər də məhkumluq həyatı yaşayıb və çoxsaylı cinayətlərə görə axtarışda olub.
Oxşar xəbərlər
Ağsuda 7 yaşlı uşağın üzərinə ağac düşməsi nəticəsində ölüb
Ağsuda 7 yaşlı uşağın üzərinə ağac düşməsi nəticəsində ölüb. BAKU.WS report-a istinadən xəbər verir ki, 2020-ci il təvəllüdlü Abdullayev Ramal Ehtiram oğlu Ağsu...