Arvadını iki kişi ilə yaxalayan 49 yaşlı iş adamı evində ölü tapıldı
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyədə dəhşətli qətl hadisəsi yaşanıb.
BAKU.WS xəbər verir ki, Denizlidə 49 yaşlı iş adamı Fedai Karagöz yaşadığı evdə əl-ayağı bağlı vəziyyətdə ölü aşkarlanıb.
İddialara görə, iş səfərindən gözlənildiyindən tez qayıdan iş adamı evdə həyat yoldaşı ilə yanaşı iki naməlum kişi ilə qarşılaşıb. Aralarında yaranan mübahisə sonradan davaya çevrilib.
M
Bundan sonra tərəflər arasında başlayan sözlü mübahisə qısa zamanda gərginləşərək fiziki qarşıdurmaya çevrilib.
İddia olunur ki, iş adamı döyüldükdən sonra boğularaq qətlə yetirilib.
Mənzildən gələn səs-küy və dava səslərini eşidən qonşuların xəbərindən sonra əraziyə polis və təcili tibbi yardım briqadaları cəlb edilib.
Qapı açılmadığından çilingərin köməyi ilə ikinci mərtəbədəki mənzilə daxil olan əməliyyatçılar Fedai Karagözün qonaq otağında əl-ayağının iplə bağlanmış meyiti ilə qarşılaşıblar.
Mərhumun nəşi Dənizli Məhkəmə Tibbi Ekspertiza Qrupunun rəhbərliyində aparılan yarılma zamanı müayinə olunub. İlkin tibbi rəydə onun bədənində zorakılıq və döyülmə əlamətlərinin olduğu, ölümün isə boğulma nəticəsində baş verdiyi müəyyən edilib.
Polis əməkdaşları hadisə vaxtı mənzildə olduqları bildirilən mərhumun həyat yoldaşı A.K.-nı, eləcə də B.K. və M.B. adlı iki kişini saxlayıb.
Cinayətin təfərrüatlarının araşdırılması istiqamətində işlər aparılır.
Oxşar xəbərlər
57 yaşlı Cennifer Lopez belə formada qalır
Məşhur müğənni Cennifer Lopez sağlamlıq və formada qalma vərdişləri barədə danışıb. BAKU.WS xəbər verir ki, o iştirak etdiyi podkastda şəxsi təcrübələrini bölüş...