Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər
Yeniliklərdən dərhal xəbərdar olun
Aktyor Kenan İmirzalıoğlu keçmiş model dostu Murat Mısırlını ziyarət edib.
BAKU.WS xəbər verir ki, Murat 7 ildir ALS xəstəliyi (amiotrofik lateral skleroz) ilə mübarizə aparır.
Kenan İmirzalıoğlu dostları Burak Hakkı və Atilla Saralla onu ziyarət edib.
Keçmiş həmkarları çətin günlər keçirən dostlarına mənəvi dəstək olmaq üçün bir araya gəliblər.
İllər keçsə də dostluq münasibətlərini qoruyub saxlayan məşhurların bu vəfalı addımı sosial şəbəkələrdə və ictimaiyyət arasında böyük rəğbətlə qarşılanıb.
Qeyd edək ki, Murat Mısırlı uzun müddətdir ALS xəstəliyindən əziyyət çəkir və müalicəsini davam etdirir.
Oxşar xəbərlər
Kəmalə Qaramollayevanın "Dünyam" konsertindən GÖRÜNTÜLƏR
Müğənni Kəmalə Qaramollayevanın çoxdandır gözlənilən konserti baş tutub. BAKU.WS xəbər verir ki, "Dünyam" adlı konsertdən əvvəl sənətçi jurnalistlərin sualların...