İstintaqdan yayınan şəxs aparıcı Firuzə Cəlilovanın evində ələ keçdi

İstintaqdan yayınan şəxs aparıcı Firuzə Cəlilovanın evində ələ keçdi
VİDEO
Hadisə 34

Aparıcı Firuzə Cəlilovanın Abşeron rayonunun Novxanı qəsəbəsində yerləşən bağ evinə basqın edilməsi və əşyaların oğurlanması ilə bağlı iddialara Daxili İşlər Nazirliyi aydınlıq gətirib.

BAKU.WS-in məlumatına görə, DİN-in Mətbuat Xidmətindən bildirilib ki, Novxanı qəsəbəsində yerləşən bağ evlərinin birində axtarışda olan şəxsin yeri müəyyən edilərək saxlanılıb.

Məlumata əsasən, istintaqdan yayınaraq gizlənən, əvvəllər dəfələrlə məhkum olunmuş Ə.Hüseynov polis əməkdaşları tərəfindən tutulub və istintaqa təhvil verilib. Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, Firuzə Cəlilova noyabrın 26-da saat 22:00 radələrində Novxanıdakı bağ evinə basqın edildiyini iddia edib. Aparıcının sözlərinə görə, əraziyə beş avtomobillə gələn təxminən 15 nəfər evə daxil olub.

O, hadisə zamanı evdən üç mobil telefonun, ümumi dəyəri təxminən 30 min manat olan qədim boyunbağının, bir cüt brilyant sırğanın, həmçinin domofon sisteminin, müşahidə kameralarının və digər elektron avadanlıqların oğurlandığını bildirib.

Son xəbərlər