Premyer Liqa: Lider "Neftçi" "Zirə"yə qalib gəlib
Yeniliklərdən dərhal xəbərdar olun
Misli Premyer Liqasının XIII turunda "Neftçi" "Zirə"yə qalib gəlib.
BAKU.WS xəbər verir ki, "Palms Sports Arena"da baş tutan oyun "ağ-qaralar"ın 1:0 hesablı qələbəsi ilə bitib.
Ev sahiblərinin heyətində Breno Almeyda fərqlənib. O, 8-ci dəqiqədə Lyubomir Tuptanın ötürməsini saxlamadan birbaşa qapıya göndərib.
Ardıcıl dördüncü qələbənin ardından xallarının sayını 30-a çatdıran "Neftçi" turnir cədvəlində liderliyini möhkəmləndirib. "Zirə" isə 20 xalla beşincidir.
Xatırladaq ki, turun açılış matçında "Şəfa" "İmişli"yə 3:1 hesabı ilə qalib gəlib.
Oxşar xəbərlər
Orkun Kökçü əl sıxmaqdan imtina etməsinin səbəbini açıqlayıb
Avropa Liqasının V turunda keçirilən "Beşiktaş" – "Hapoel Beer-Şeva" qarşılaşmasından əvvəl maraqlı hadisə yaşanıb. BAKU.WS xəbər verir ki, İstanbul təmsilçisin...