Şimali Kiprdə gəmi qəzası ilə bağlı 3-ü Azərbaycan vətəndaşı olmaqla 9 nəfər barəsində 3 ay həbs qərarı çıxarılıb
Yeniliklərdən dərhal xəbərdar olun
Şimali Kiprin Girne sahillərində gəmi qəzası ilə bağlı başladılan istintaq çərçivəsində 3-ü Azərbaycan vətəndaşı olmaqla, 9 nəfər barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
BAKU.WS xəbər verir ki bunu "Report"a Azərbaycan-Kipr Dostluq Cəmiyyətinin rəhbəri Orxan Həsənoğlu bildirib.
Xatırladaq ki, avqustun 30-da Şimali Kiprin Girne sahillərində gəminin qəzaya uğraması nəticəsində 27 nəfər ölüb, 200-dən çox şəxs xilas olunub. İtkin düşmüş daha bir sərnişinin isə axtarışı davam edir.
Cinayət işinin əvvəlində təqsirləndirilən şəxslərə qarşı "ehtiyatsızlıq və diqqətsizlik nəticəsində ölümə səbəb olma" ittihamı irəli sürülsə də, ittiham "adam öldürmə" maddəsi ilə əvəzlənib.
Oxşar xəbərlər
Astarada iki avtomobil toqquşub, xəsarət alan var
Astarada iki avtomobilin toqquşması nəticəsində bir uşaq ağır xəsarət alıb. BAKU.WS "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Təngərüd kəndində baş ver...