Astarada iki avtomobil toqquşub, xəsarət alan var
Yeniliklərdən dərhal xəbərdar olun
Astarada iki avtomobilin toqquşması nəticəsində bir uşaq ağır xəsarət alıb.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Təngərüd kəndində baş verib.
Belə ki, iki "VAZ-2107" markalı avtomobilin toqquşması nəticəsində Astara rayonunun Kijəbə qəsəbə sakini, 2019-cu il təvəllüdlü N. Əlizadə (qadın cinsli) müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Azyaşlı təcili tibbi yardım vasitəsilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Ona qapalı kəllə-beyin travması və burun nahiyəsinin sınığı diaqnozları qoyulub.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Abşeron rayonunda polisin əməliyyatı zamanı narkotiklərlə əlaqəli 8 nəfər saxlanılıb
Abşeron rayonunda polis tərəfindən narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyatlar keçirilib. BAKU.WS xəbər verir ki, tədbirlər...