Zəngli saat çalmadan oyanmağın sirri açıldı - Həkimdən vacib tövsiyə
Yeniliklərdən dərhal xəbərdar olun
Yuxudan gümrah oyanmaq üçün təkcə neçə saat yatmaq deyil, yuxu rejiminə necə əməl etmək də vacibdir. Hər gün eyni vaxtda yatıb oyanmaq orqanizmin bioloji ritmini tənzimləyir və səhərlər daha rahat oyanmağa kömək edir.
BAKU.WS-in məlumatına görə, rusiyalı yuxu mütəxəssisi, tibb elmləri doktoru Roman Buzunov "Dobroye utro" proqramında bu məsələyə aydınlıq gətirib.
Həkimin sözlərinə görə, insan müntəzəm yuxu rejiminə əməl etdikdə orqanizm oyanma vaxtına əvvəlcədən uyğunlaşır. Nəticədə bəzi insanlar zəngli saatın çalmasına bir neçə dəqiqə qalmış özlərini yaxşı hiss edərək yuxudan oyana bilirlər.
Mütəxəssis bildirib ki, internetdəki yuxu kalkulyatorları oyanmaq üçün ən uyğun vaxtı dəqiq müəyyənləşdirməyə imkan vermir. Çünki yuxu dövrlərinin müddəti hər insanda fərqlidir. Bundan başqa, bu hesablamalar insanın yuxuya getməsi üçün nə qədər vaxt sərf etdiyini də nəzərə almır.
Həkim qeyd edib ki, qeyri-müntəzəm yuxu qrafiki orqanizmin bioloji ritminə mənfi təsir göstərir. Buna görə də insanın gecə həyatı yaşamağa üstünlük verməsindən və ya səhərlər erkən oyanmasından asılı olmayaraq, yatmaq və oyanmaq üçün sabit saat müəyyənləşdirməsi tövsiyə olunur.
Oxşar xəbərlər
Ramiz Mehdiyev var-dövləti haqqında danışdı
Prezident Adminstrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin bu gün keçirilən məhkəməsində videoko...