"ARB 24"ün 8 yaşı tamam olur
Yeniliklərdən dərhal xəbərdar olun
Bu gün "ARB 24" telekanalının ümumölkə yayımçısı kimi fəaliyyətə başlamasının səkkiz ili tamam olur.
BAKU.WS xəbər verir ki, telekanal 2018-ci il 27 noyabrdan Azərbaycanın ilk biznes-xəbər kanalı kimi ümumrespublika yayımına başlayıb.
Ötən müddətdə telekanal hazırladığı verilişlərlə tamaşaçıların rəğbətini qazanmağı bacarıb və ciddi auditoriya toplaya bilib.
"ARB 24" televiziyası iqtisadiyyat, biznes, habelə ölkədə və dünyada baş verən yenilikləri və hadisələri günün 24 saatı mütəmadi olaraq operativ və qərəzsiz şəkildə izləyicilərinə çatdırır.
BAKU.WS kollektivi olaraq "ARB 24"də çalışan həmkarlarımızı təbrik edir, onlara uğurlar arzulayırıq!
Oxşar xəbərlər
Mürsəl İbrahimov yeni rəis təyin etdi
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) Mingəçevir şəhər şöbəsinə yeni rəis təyin edilib. BAKU.WS Yurd.media-ya istinadla xəbər ver...