Azərbaycan və Estoniya XİN başçılarının geniştərkibli görüşü olub
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Bakıda səfərdə olan Estoniya xarici işlər naziri Marqus Tsahkna arasında geniştərkibli görüş olub.
BAKU.WS xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin "X" hesabında məlumat verilib.
Görüş zamanı nazirlər Azərbaycan-Estoniya münasibətlərinin hazırkı vəziyyəti, ikitərəfli əməkdaşlığın daha da inkişaf etdirilməsi perspektivləri, eləcə də əsas regional və beynəlxalq məsələlər ətrafında ətraflı müzakirələr aparıblar.
Nazirlər ikitərəfli təmasların və qarşılıqlı səfərlərin intensivləşməsini məmnunluqla qeyd edərək, siyasi dialoqun gücləndirilməsinin, xarici işlər nazirlikləri arasında müntəzəm siyasi və konsulluq məsləhətləşmələrinin davam etdirilməsinin, həmçinin parlamentlərarası əlaqələrin genişləndirilməsinin vacibliyini vurğulayıblar.
Ceyhun Bayramov 2026-cı ildə Estoniyanın Azərbaycanda səfirliyinin fəaliyyətə başlaması münasibətilə estoniyalı həmkarını təbrik edib. O, səfirliyin fəaliyyətinin ikitərəfli münasibətlərin möhkəmlənməsinə, siyasi dialoqun genişlənməsinə və əməkdaşlığın institusional əsaslarının güclənməsinə töhfə verəcəyini bildirib.
Ticarət və iqtisadi əməkdaşlığın genişləndirilməsinə xüsusi diqqət yetirilib. Nazirlər noyabrın 4-də keçirilmiş Azərbaycan-Estoniya Ticarət və İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın iclasının əhəmiyyətini vurğulayıb, növbəti iclasın əməkdaşlığın yeni istiqamətlər üzrə inkişafı üçün əlavə imkanlar yaradacağını qeyd ediblər. Həmçinin nəqliyyat, rəqəmsallaşma, təhsil və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə olunub.
Ceyhun Bayramov həmkarını Azərbaycan və Ermənistan arasında normallaşma prosesi, regionda baş verən son hadisələr və sülh gündəliyinin irəli aparılması istiqamətində atılan addımlar barədə məlumatlandırıb.
O, həmçinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirilən genişmiqyaslı yenidənqurma və bərpa işləri, keçmiş məcburi köçkünlərin təhlükəsiz və ləyaqətli qayıdışının təmin edilməsinə yönəlmiş tədbirlər, eləcə də mina təhlükəsinin yaratdığı davam edən humanitar çətinliklər barədə qarşı tərəfə məlumat verib.
Nazirlər beynəlxalq təşkilatlar və çoxtərəfli platformalar çərçivəsində əməkdaşlıq, habelə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparıblar.
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Bakıda səfərdə olan Estoniya xarici işlər naziri Marqus Tsahkna arasında təkbətək görüş başlayıb.
BAKU.WS xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin "X" hesabında məlumat verilib.
Happening now: Minister of Foreign Affairs of #Azerbaijan @Bayramov_Jeyhun welcomes Minister of Foreign Affairs of the Republic of Estonia Margus Tsahkna @Tsahkna at the Ministry of Foreign Affairs. 🇦🇿🇪🇪 https://t.co/UrAz81trZm
— MFA Azerbaijan 🇦🇿 (@AzerbaijanMFA) November 27, 2026
Oxşar xəbərlər
Vüqar Bayramov: Zəngəzur dəhlizinin 2028-ci ilin sonlarına doğru istifadəyə verilməsi mümkündür
Zəngəzur dəhlizinin 2028-ci ilin sonlarına doğru istifadəyə verilməsi mümkündür BAKU.WS report-a istinadən xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Ba...