Avtoservisdə ustanın 5 min manatı oğurlandı - Müştəri saxlanıldı
Yeniliklərdən dərhal xəbərdar olun
Bakının Nizami rayonunda yerləşən avtoservislərdən birində 5000 manat pulun oğurlanması ilə bağlı polisə məlumat daxil olub.
BAKU.WS-in məlumatına görə, Nizami rayonunda polis tərəfindən keçirilən tədbirlərlə əməli törədən İ.Çobanov saxlanılıb.
Araşdırmalarla məlum olub ki, hadisə Babək prospektində yerləşən avtoservislərdən birində baş verib. Belə ki, usta servisə gəldikdən sonra gündəlik paltarını çıxararaq asılqandan asıb və iş paltarını geyinib. Həmin vaxt avtomobilini servisə gətirən İ.Çobanov asılqandakı paltarın cibindən 5000 manatı götürərək ərazidən uzaqlaşıb.
Faktla bağlı cinayət işi başlanıb, Araşdırma aparılır.
Oxşar xəbərlər
Beşinci mərtəbədən yıxılaraq ölən tələbə vəfatından əvvəl atasına nə deyib?
Yaşadığı binanın 5-ci mərtəbədən yıxılaraq həyatını itirən Həsən Əlilinin faciəli ölümü ilə bağlı yeni təfərrüat məlum olub. Atası Pərviz Əliyevin sözlərinə gör...