Bir sıra mallar bütün gömrük ödənişlərindən azad oluncaq
Yeniliklərdən dərhal xəbərdar olun
Dövlətin xeyrinə imtina edilmiş mallara görə gömrük ödənişləri alınmayacaq.
BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, sözügedən məsələ Gömrük Məcəlləsinə təklif edilən dəyişiklik layihəsində əksini tapıb.
Qanun layihəsi dövlətin xeyrinə imtina edilmiş mallara görə yalnız gömrük rüsumları və vergilərin deyil, bütövlükdə gömrük ödənişlərinin alınmamasını nəzərdə tutur.
Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 224-cü maddəsinə (gömrük ödənişləri) əsasən gömrük ödənişləri anlayışı müvafiq normativ hüquqi aktlarda nəzərdə tutulan və gömrük orqanları tərəfindən alınan gömrük rüsumlarını, vergiləri, habelə gömrük yığımlarını və dövlət rüsumlarını ehtiva edir.
Oxşar xəbərlər
Aparıcı Fira Cəlilova bağındakı əməliyyatla bağlı yeni video yaydı
Aparıcı Fira Cəlilova (Firuzə İskəndərova) Novxanı qəsəbəsindəki bağ evində cinayətkarın gizlədilməsi ilə bağlı iddialara cavab verib. BAKU.WS xəbər verir ki, a...