Cəbrayıl rayonu ərazisinə 10 baş ceyran buraxılıb
Yeniliklərdən dərhal xəbərdar olun
Cəbrayıl rayonu ərazisinə 10 baş ceyran buraxılıb.
BAKU.WS xəbər verir ki, bu barədə report-a Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Xaliq Mirzəyev bildirib.
Onun sözlərinə görə, Azərbaycanda vəhşi heyvanların tarixi areallarına qaytarılması və populyasiyalarının bərpası istiqamətində Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən növbəti reintroduksiya tədbiri həyata keçirilib:
"Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı"nda nəzərdə tutulmuş fauna növlərinin bərpası və reintroduksiyası tədbirləri çərçivəsində Cəbrayıl rayonu ərazisinə 10 baş ceyran buraxılıb".
Xidmət rəisi qeyd edib ki, bu günədək işğaldan azad edilmiş ərazilərə 50 baş ceyran buraxılıb.
Qalereya
Oxşar xəbərlər
Sabah bu ərazidə işıq kəsiləcək
Naxçıvan Muxtar Respublikası (MR) Şahbuz rayonunda noyabrın 28-də elektrik enerjisinin verilişində fasilə olacaq. BAKU.WS xəbər verir ki, bu barədə "Azərişıq" A...