Sumqayıt Sənaye Parkında çox qatlı klapanlı kraft-kağız kisə istehsal olunacaq
Yeniliklərdən dərhal xəbərdar olun
Sumqayıt Sənaye Parkında ildə 110 milyon ədəd çox qatlı klapanlı kraft-kağız kisə istehsalı nəzərdə tutulur.
BAKU.WS xəbər verir ki, bu barədə report-a İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyindən bildirilib.
Məlumata əsasən, "Aztech Packing" MMC-yə Agentliyin idarəçiliyində olan Parkın rezidenti statusu verilib.
Layihənin investisiya dəyəri 40 milyon manatdan çoxdur.
Cənubi Qafqazın ən böyük sənaye parkı olan Sumqayıt Sənaye Parkında hazırda 46 rezident qeydiyyatdan keçib. İndiyə qədər rezidentlər Parka 5,6 milyard manatdan çox investisiya yatırıb, 6400-dən çox iş yeri yaradıb.
Oxşar xəbərlər
Ailələrin əmlakı və təsərrüfatı niyə qeydə alınacaq? - Komitə sədri cavab verdi
Azərbaycanda 2027-ci il yanvarın 1-dən ailə təsərrüfatlarının daha geniş uçotunun aparılması nəzərdə tutulur. Yeni qaydalarla bağlı cəmiyyətdə yaranan narahatl...