Həsənin ölümünün pərdəarxası: Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb?
Yeniliklərdən dərhal xəbərdar olun
Tələbənin yaşayış binasından yıxılaraq ölməsinin yeni təfərrüatı məlum olub.
BAKU.WS "Xəzər" TV-yə istinadən xəbər verir ki, həyatını itirən tələbə Həsən Əlili bacısı ilə birlikdə Xırdalan şəhəri "AAAF Park" Yaşayış Kompleksinin binalarından birində yaşayırmış.
Onun atası Pərviz Əliyev bildirib ki, Həsən daim çalışan və mübarizə aparan övlad olub. O, bir sıra sertifikatlar və mükafatlar alıb. Atası hadisənin təfərrüatını da danışıb. Məlum olub ki, Həsən əlindəki kağızlarla eyvana çıxıb və orada müvazinətini itirib.
Dövlət İdarəçilik Akademiyasının tələbəsi olan Həsən Əlili ali məktəbə qəbul imtahanlarında 700-ə yaxın bal yığıbmış.
Oxşar xəbərlər
22 yaşlı "Tik-toker" avtomobil qəzasında öldü
22 yaşlı TikTok blogeri Anya Qluşko (əsl adı Anna Qluşenko) avtomobil qəzasında ölüb. BAKU.WS lenta.ru-ya istinadən xəbər verir ki, o Voronej vilayəti yaxınlığı...