Özcan Deniz, Burcu Özberk və Deniz Çakırın ifadələri mətbuata açıqlandı

Özcan Deniz, Burcu Özberk və Deniz Çakırın ifadələri mətbuata açıqlandı
Şou-biznes 8

Türkiyədə məşhurlara qarşı keçirilən narkotik əməliyyatında üç tanınmış şəxsin ifadəsi açıqlanıb.

BAKU.WS xəbər verir ki, Türkiyədən çıxışına qadağa qoyularaq sərbəst buraxılan Özcan Deniz, Burcu Özberk və Deniz Çakır prokurorluqda verdikləri ifadələrdə onlara qarşı irəli sürülən bütün ittihamları rədd ediblər.

Təxminən iki ildir ürək xəstəliyi ilə əlaqədar daimi olaraq dərman qəbul etdiyini bildirən Özcan saxlanılmasının onu dərindən sarsıtdığını vurğulayıb.

O qəti şəkildə qadağan olunmuş maddələrdən istifadə etmədiyini, qan və saç nümunələrinin analiz nəticələri açıqlandıqdan sonra həqiqətin üzə çıxacağını qeyd edib.

Aktrisa Burcu Özberk isə serial çəkilişlərinin gərgin qrafiki səbəbindən gecələr məkanlara gedə bilmədiyini və narkotik maddələrdən istifadə olunan mühitlərdə ümumiyyətlə olmadığını deyib.

Aktrisa Deniz Çakır da öz növbəsində həkim resepti ilə yazılan dərmanlardan başqa heç bir vasitədən istifadə etmədiyini bildirib. O qadağan olunmuş maddələrin satışı ilə məşğul olan heç kimi tanımadığını qeyd edib.

Onu da bildirək ki, aparılan istintaq tədbirləri çərçivəsində müğənni Ceylan Kaya cinayət yolu ilə əldə edilmiş əmlak dəyərlərini leqallaşdırmaq ittihamı ilə həbs edilib.

Hazırda 15 şübhəlinin polis idarəsində dindirilməsi davam etdirilir, daha 10 nəfər barəsində isə axtarış qərarı çıxarılıb.

Son xəbərlər