UEFA Avropa Liqasında baş verən azarkeş qarşıdurmaları ilə bağlı araşdırmaya başladı
Yeniliklərdən dərhal xəbərdar olun
UEFA Avropa Liqasının oyunlarında baş verən azarkeş qarşıdurmaları və iğtişaşlarla bağlı rəsmi açıqlama yayıb.
BAKU.WS xəbər verir ki, qurumun bəyanatına əsasən, "Marsel" - "Levski" (1:0) və "Beşiktaş" - "Hapoel" (2:1) qarşılaşmalarında yaşanan hadisələr ciddi narahatlıq doğurub.
Xatırladaq ki, "Marsel" azarkeşlərinin "Levski" tərəfdarlarına hücumu nəticəsində 10-dan çox bolqarıstanlı azarkeş xəsarət alıb. "Beşiktaş" - "Hapoel" matçında isə stadion mühafizəsinin bir azarkeşdən Fələstin bayrağını almağa cəhd etməsindən sonra qarşıdurma yaranıb. Hadisəyə müdaxilə edən polis gözyaşardıcı qazdan istifadə edib.
UEFA bəyan edib ki, zorakılıq, aqressiya, nifrət, ayrı-seçkilik və ekstremist davranış futbolun dəyərlərinə ziddir. Qurum bütün azarkeşləri qarşılıqlı hörmətə və təhlükəsizliyə çağırıb.
Bundan başqa, hər iki qarşılaşmada baş verən hadisələrin araşdırılması üçün UEFA-nın Etika və İntizam üzrə müfəttişləri təyin edilib. Toplanacaq sübutlar əsasında insidentlərin bütün təfərrüatları araşdırılacaq.
Oxşar xəbərlər
"Real Madrid" Brahim Diasla müqavilənin müddətini uzatdı
İspaniyanın "Real Madrid" klubu Mərakeş millisinin yarımmüdafiəçisi Brahim Diasla müqaviləni yeniləyib. BAKU.WS klubun rəsmi saytına istinadən xəbər verir ki, y...