FTX yüksəkrütbəli hərbçiyə qarşı sui-qəsdin qarşısını alıb - DETALLAR
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiyanın Federal Təhlükəsizlik Xidməti (FTX) yüksəkrütbəli hərbçiyə qarşı planlaşdırılan terror aktının qarşısını aldığını açıqlayıb.
BAKU.WS xəbər verir ki, FTX-nin İctimaiyyətlə Əlaqələr Mərkəzinin yaydığı açıqlamada sui-qəsdin Ukrayna xüsusi xidmət orqanlarının tapşırığı ilə hazırlandığı bildirilib.
Məlumata görə, hücum üçün üç ədəd zərbə dronu hazırlanıb. Pilotsuz uçuş aparatları fuqas-yandırıcı təsirə malik kustar üsulla hazırlanmış partlayıcı qurğularla təchiz edilib. Lakin Rusiya hərbçiləri elektron mübarizə vasitələri ilə dronları zərərsizləşdirib, daha sonra FTX-nin mütəxəssisləri partlayıcı qurğuları təhlükəsiz vəziyyətə gətiriblər.
İstintaqın məlumatına əsasən, şübhəli şəxs Rusiya güc strukturlarından birinin əməkdaşını izləyib. Bunun üçün onun avtomobilinə gizli kamera yerləşdirərək hərəkət marşrutları barədə məlumatları mesajlaşma tətbiqi vasitəsilə əlaqədə olduğu şəxsə ötürüb.
Bundan başqa, qadının Volnovaxa və Mariupol bələdiyyə ərazilərində Rusiya Silahlı Qüvvələrinin bölmələrinin yerləşdiyi məkanlar barədə məlumat topladığı iddia olunur.
Sui-qəsdin hazırlanmasında şübhəli bilinən şəxs 1997-ci il təvəllüdlü şəxsdir. Volnovaxa sakini olan qadının Ukrayna xüsusi xidmət orqanlarının tapşırığı ilə Donetskə köçdüyü bildirilir. Onun barəsində Rusiya Cinayət Məcəlləsinin 275-ci maddəsi (dövlətə xəyanət) ilə cinayət işi açılıb və barəsində həbs qətimkan tədbiri seçilib.
Oxşar xəbərlər
Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya Sənada husilərin obyektlərinə zərbələr endirib
Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya qüvvələri Yəmənin üsyançı "Ənsar Allah" (husilər) hərəkatının Sənadakı istehsalat obyektlərinə zərbələr endiri...