Türkiyədə məşhurlara qarşı istintaq - 3 tanınmış şəxs həbs edildi

Türkiyədə məşhurlara qarşı istintaq - 3 tanınmış şəxs həbs edildi
Dünya 14

Türkiyədə tanınmış şəxslərə qarşı əxlaqsızlıq və narkotik maddələrlə bağlı aparılan istintaq çərçivəsində 3 nəfər həbs olunub.

BAKU.WS Türkiyə mətbuatına istinadən xəbər verir ki, həbs edilənlər arasında Cansu Taşkın, Saghar Shojaei və Muammer Kapucuoğlu da var.

İstanbul Respublika Baş Prokurorluğunun apardığı araşdırma çərçivəsində məhkəməyə çıxarılan 15 şübhəlidən 10-u məhkəmə nəzarəti şərti ilə sərbəst buraxılıb. Seher Grothe Sevdişan da azadlığa buraxılıb, İlknur Şahinin isə saxlanılma müddəti uzadılıb.

Qeyd edək ki, noyabrın 24-də istintaq çərçivəsində ümumilikdə 35 nəfər barəsində saxlanılma qərarı verilib. Hazırda barələrində axtarış qərarı olan daha 10 şübhəlinin tutulması istiqamətində tədbirlər davam etdirilir.

Son xəbərlər