İraqda neft qaçaqmalçılığı ilə bağlı araşdırmalar: Yüksək vəzifəli şəxslər vəzifəsini itirəcək
Yeniliklərdən dərhal xəbərdar olun
İraqda neft və neft məhsullarının qaçaqmalçılığı ilə bağlı aparılan araşdırmaların nəticəsində bir sıra yüksək vəzifəli məmurların vəzifələrindən azad edilməsi gözlənilir.
BAKU.WS xəbər verir ki, bu barədə İraq Baş nazirinin müşaviri Əbdül Əmir ət-Tayban "Al-Sumaria" telekanalına açıqlamasında bildirib.
Onun sözlərinə görə, yaxın günlərdə qaçaqmalçılıqla bağlı araşdırmalar çərçivəsində bir neçə yüksək vəzifəli şəxsin vəzifəsindən kənarlaşdırılması mümkündür. Müşavir vurğulayıb ki, bu məsələdə hökumət və məhkəmə orqanları üçün heç bir "qırmızı xətt" yoxdur.
Əbdül Əmir ət-Tayban qeyd edib ki, Baş nazirin indiyədək həyata keçirdiyi vəzifədən azadetmələr qarşıdakı dəyişikliklərin yalnız kiçik bir hissəsidir. Araşdırmalar başa çatdıqca yeni və ciddi istefaların baş verəcəyi gözlənilir.
Müşavir əlavə edib ki, neft qaçaqmalçılığı ilə bağlı araşdırmalar məhkəmə orqanlarının birbaşa nəzarəti altında aparılır. Hadisələrdə iştirak edən şəxslərin adlarının açıqlanması isə yalnız məhkəmə hakimiyyətinin səlahiyyətindədir.
Oxşar xəbərlər
Küveytdə İranın PUA hücumu nəticəsində 2 italiyalı mütəxəssis ölüb
Küveytdə İranın pilotsuz uçuş aparatları (PUA) isə strateji obyektə hücumu nəticəsində 2 İtaliya vətəndaşı ölüb. BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu...