Milli Qəhrəman Pəncəli Teymurovun qardaşı Lənkəranda vəzifəyə təyin olundu
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanın Milli Qəhrəmanı Pəncəli Teymurovun qardaşı Famil Teymurova yeni vəzifə verilib.
BAKU.WS-in məlumatına görə, Famil Nurməmməd oğlu Teymurov Lənkəran Uşaq-Gənclər İnkişaf Mərkəzində metodist vəzifəsinə təyin edilib.
Eyni zamanda, ona mərkəzin direktor vəzifəsinin müvəqqəti icrası da həvalə olunub.
Famil Teymurov 2012-ci ildən şəhid Bəxtiyar Rüstəmov adına Asxanakəran kənd tam orta məktəbində pedaqoji fəaliyyət göstərib. O, əvvəlcə müəllim, daha sonra isə tədris işləri üzrə direktor müavini vəzifəsində çalışıb.
Onun fəaliyyəti yalnız təhsil sahəsi ilə məhdudlaşmayıb. Famil Teymurov 2017–2018-ci illərdə sərbəst güləş üzrə I dərəcəli beynəlxalq idman ustası adına layiq görülüb. Bundan başqa, beş il Asxanakəran kənd bələdiyyəsinin sədri vəzifəsini icra edib.
Qalereya
Oxşar xəbərlər
Bakının bir sıra yollarında tıxac yaranıb
Bakının bəzi yollarında nəqliyyatın sıxlığı müşahidə olunur. BAKU.WS xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. H...