Bakıda başıaşağı duran yol nişanı sakinləri çaşbaş salıb

Bakıda başıaşağı duran yol nişanı sakinləri çaşbaş salıb
VİDEO
Sosial 6

Paytaxtın Bakıxanov qəsəbəsinin Sakit Qocayev küçəsində yerləşən piyada keçidi nişanının niyə başıaşağı vəziyyətdə olduğu hələlik məlum deyil.

BAKU.WS APA TV-yə istinadən xəbər verir ki, sakinlərin sözlərinə görə, yol nişanı bir həftədən çoxdur ki, bu vəziyyətdədir.

Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) müraciət edilib. Qurumdan bildirilib ki, yol nişanının bu vəziyyətə düşməsinə kənar müdaxilə və ya küləyin təsiri səbəb ola bilər. Belə hallarla qarşılaşan vətəndaşlardan quruma məlumat vermələri xahiş olunub.

Sözügedən yol nişanının bərpa ediləcəyi bildirilib.

Oxşar xəbərlər

Son xəbərlər