Qardaşı ilə balıq tutmağa getdi, 1 milyon dollar qazandı

Qardaşı ilə balıq tutmağa getdi, 1 milyon dollar qazandı
FOTO
Dünya 4

Avstraliyanın Darvin şəhərində yaşayan 26 yaşlı Metyu Moris qardaşı ilə balıq tutarkən həyatının ən böyük sürprizi ilə qarşılaşıb.

BAKU.WS xəbər verir ki, futbol məşqindən sonra qardaşı ilə vaxt keçirmək istəyən gənc axşam saatlarında balıq ovuna çıxıb.

Sahildən heç bir kilometr uzaqlaşmayan qardaşlar tutduqları balığın üzərindəki qırmızı etiketi görərək böyük mükafat qazandıqlarını anlayıblar.

Morisın tutduğu 80 santimetr uzunluğundakı barramundi Avstraliyanın Şimal Ərazisində keçirilən "Million Dollar Fish" yarışmasının 1 milyon Avstraliya dolları dəyərindəki əsas mükafatını daşıyıb.

Mükafatın təsdiqlənməsindən sonra gənc sevincini anası və qardaşı ilə bölüşüb. O, qazandığı pulla ev almaq və borclarını ödəmək niyyətində olduğunu bildirib.

Qardaşı ilə balıq tutmağa getdi, 1 milyon dollar qazandı

Qeyd edək ki, Metyu Moris yarışmanın 12 illik tarixində 1 milyon dollarlıq əsas mükafatı qazanan ikinci iştirakçı olub. Balıqçılıq turizmini təşviq etmək məqsədilə keçirilən yarışma 2027-ci il martın 31-dək davam edəcək. Böyük mükafatdan əlavə, hər biri 10 min Avstraliya dolları dəyərində 100 etiketli barramundi də suya buraxılıb.

Son xəbərlər