İran nüvə komplekslərinin yaxınlığında yeni yeraltı obyekt inşa edir

İran nüvə komplekslərinin yaxınlığında yeni yeraltı obyekt inşa edir
Dünya 4

İran ölkənin ən vacib iki nüvə mərkəzi arasında yerləşən İsfahan və Natanzda əvvəllər məlum olmayan ərazidə yeni obyekt inşa edir.

BAKU.WS xəbər verir ki, bu barədə Elm və Beynəlxalq Təhlükəsizlik İnstitutu yeni peyk görüntülərinin təhlilinə istinadən bildirib.

Məlumata görə, ərazidə perimetr hasarı, nəzarət məntəqələri və ən azı dörd tunel girişi aşkarlanıb.

Təxminən 49 kvadrat kilometr ərazini əhatə edəcəyi bildirilən obyektin dəqiq təyinatı məlum deyil. Ekspertlər onun SEPAH üçün raket bazası ola biləcəyini istisna etmirlər. Bununla yanaşı, tikintinin İranın nüvə proqramı ilə əlaqəli olması ehtimalı da qalır.

Mütəxəssislər obyektin sürətlə inşa edilməsinə və yeraltı yerləşməsinə diqqət çəkirlər. İranın bu üsuldan strateji obyektlərini mümkün hava zərbələrindən qorumaq üçün istifadə etdiyi bildirilir.

Son xəbərlər