"Sədərək" və "Binə" ticarət mərkəzləri bağlanır?
Yeniliklərdən dərhal xəbərdar olun
"Sədərək" və "Binə" ticarət mərkəzlərinin "Abşeron" Ticarət Mərkəzinə köçürüləcəyi ilə bağlı iddia yayılıb. Deyilənə görə, hər iki ticarət mərkəzinin yerində universitet tikiləcək.
BAKU.WS xəbər verir ki, bu barədə "Sədərək" Ticarət Mərkəzinin mətbuat katibi Kəmaləddin Qədim Oxu.az-a danışıb.
O qeyd edib ki, ticarət mərkəzi fəaliyyətini əvvəlki qaydada davam etdirir:
"Birmənalı olaraq vurğulayıram ki, bu, tamamilə əsassız və yanlış məlumatdır, dezinformasiyadır. "Sədərək" Ticarət Mərkəzi hələ də öz fəaliyyətini davam etdirir, işlər əvvəlki qaydada gedir. Sahibkarlara və ictimaiyyətə müraciət edirəm ki, narahatlığa əsas yoxdur".
K.Qədim əlavə edib ki, yayılan məlumatlar sahibkarlar və ictimaiyyət arasında çaşqınlıq yaradıb.
"Binə" Ticarət Mərkəzində çalışan sahibkarlardan biri sorğumuza cavab olaraq bu fikirləri səsləndirib:
"Bizə belə bir tapşırıq verilməyib. Bu haqda məlumatımız da yoxdur".
Oxşar xəbərlər
Tikinti aparmaq istəyən şəxslərə pis xəbər
Azərbaycanda tikintidə istifadə olunan taxtanın qiyməti artıb. Azərbaycan Qiymətləndiricilər Palatasının yaydığı məlumata görə, taxtanın bir kubmetrinin qiymət...