Xəzərin suyunun azalmasının arxasında nə dayanır? - RƏSMİ AÇIQLAMA
Yeniliklərdən dərhal xəbərdar olun
"Xəzər dənizinin səviyyəsinin aşağı düşməsi son illər regional və qlobal miqyasda ciddi ekoloji problem kimi diqqət mərkəzinə çevrilib. Müvafiq qurumların apardığı monitorinqlər göstərir ki, 2005-ci ildən başlayaraq dəniz səviyyəsində nəzərəçarpacaq azalma müşahidə olunur".
Bu barədə BAKU.WS-in sorğusuna cavab olaraq ADSEA yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətidən bildiirlib.
Qurumdan qeyd edilib ki, səviyyənin aşağı düşməsinə əsas səbəb iqlim dəyişikliyi, bölgədə yağıntıların azalması, yüksək temperatur nəticəsində buxarlanmanın artması, həmçinin Xəzərə tökülən çayların su ehtiyatlarının azalmasıdır. Xüsusilə də, Volqa çayının su balansındakı dəyişikliklər bu prosesdə mühüm rol oynayır:
"Xəzər dənizinin səviyyəsinin düşməsinin nə vaxtadək davam edəcəyi mövzusunda proqnozlar tam dəqiq deyil - onlar bir sıra ssenarilərə, iqlim modellərinə və antropogen faktorlara bağlıdır. Dəniz səviyyəsinin enməsi sahilboyu ekosistemlərə, biomüxtəlifliyə, balıqçılıq təsərrüfatlarına, limanların fəaliyyətinə, nəqliyyat və infrastruktur layihələrinə mənfi təsir göstərməkdədir. Bu hal həm də region ölkələri üçün iqtisadi və sosial çətinliklər yaradır.
Buna görə də gözlənilən risklərin qarşısını almaq üçün birgə fəaliyyət, elmi əsaslı qərarlar və koordinasiyalı tədbirlər zəruridir. Bu məqsədlə Xəzərin iqlim, yağıntı, çay axımı, səviyyə planı Xəzəryanı və Xəzər dənizini qidalandıran su mənbələrinin yerləşdiyi ölkələrlə birlikdə işlənməlidir. Bunun əsasında isə səviyyənin aşağı düşməsi proqnozlaşdırılmalı, nəticəyə əsasən tədbirlər görülməlidir.
Bu istiqamətdə görülən işlər çərçivəsində Xəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsi haqqında Çərçivə Konvensiyasının Monitoring və Qiymətləndirmə üzrə İşçi Qrupu tərəfindən "Xəzər Dənizinin Ətraf Mühitin Monitorinqi Proqramı" hazırlanmışdır.
Azərbaycan Respublikası bu məsələni diqqətdə saxlayır və Xəzəryanı dövlətlərlə əməkdaşlıq çərçivəsində vahid yanaşmanın formalaşdırılması üçün addımlar atır. Əsas məqsəd Xəzər dənizinin ekoloji tarazlığını qorumaq, sahilboyu ərazilərin davamlı inkişafını təmin etmək və gələcək nəsillərə sağlam mühit ötürməkdir".
Orxan Hüseyn
Oxşar xəbərlər
Bakı-Sumqayıt yolu üçün yeni plan
Bakı-Sumqayıt yolunda və əks istiqamətdə avtobuslar üçün xüsusi hərəkət zolağı ilə tam əlaqələndirmənin təşkili nəzərdə tutulub. BAKU.WS xəbər verir ki, bu barə...