Premyer Liqa: "Turan Tovuz" "Kəpəz"i məğlub edib
Yeniliklərdən dərhal xəbərdar olun
"Turan Tovuz" Misli Premyer Liqasının XIII turunda qələbə qazanıb.
BAKU.WS report-a istinadən xəbər verir ki, komanda Qərb derbisində "Kəpəz"lə üz-üzə gəlib.
Tovuz şəhər stadionundakı qarşılaşma meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 2:1.
72-ci dəqiqədə Hayderson Hurtado, 90+1-ci dəqiqədə Joarlem Santos fərqləniblər. Qonaqlardan Şakir Seyidov 84-cü dəqiqədə penaltini dəqiq yerinə yetirib.
Bu nəticədən sonra xallarının sayını 27-yə çatdıran "Turan Tovuz" hələlik ikinci pillədə qərarlaşıb. Gəncə klubu 18 xalla altıncıdır.
Günün ikinci görüşündə "Sabah" "Araz-Naxçıvan"ı sınağa çəkəcək.
Xatırladaq ki, ötən gün "Şəfa" səfərdə "İmişli"ni (3:1), "Neftçi" evdə "Zirə"ni (1:0) məğlub edib. Azərbaycan Premyer Liqasında XIII tura sabah yekun vurulacaq.
Oxşar xəbərlər
Belarusun ən titullu klubu aşağı liqaya düşdü
Belarusun ən titullu klubu BATE tarixində ilk dəfə ölkə çempionatının yüksək liqasını tərk edib. BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, Borisov klubu son tu...