Azərbaycanın iki təmsilçisi Türk Şahmat Assosiasiyasının çempionatında qızıl medal qazanıb
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan təmsilçiləri Qazaxıstanın Türküstan şəhərində keçirilən Türk Şahmat Assosiasiyasının çempionatında iki qızıl medal qazanıblar.
BAKU.WS xəbər verir ki, bu barədə Azərbaycan Şahmat Federasiyasından bildirilib.
Kişilərin mübarizəsində 14-cü turda Nicat Abasov Qırğızıstan şahmatçısı Ediyar Orozbayevlə heç-heçə oynayıb. 14 turdan sonra 9 xal toplayan qrossmeyster bütün rəqiblərini qabaqlayaraq qalib olub.
Qadınların çempionatının son turunda isə Gövhər Beydullayeva Qazaxıstan şahmatçısı Zarina Nurgaliyeva ilə xalı yarı bölüb. Yekunda 10 xalı olan şahmatçı birinci yeri tutub.
Beləliklə, Azərbaycan təmsilçiləri həm kişilərin, həm də qadınların yarışında çempion olub. Qaliblərin şərəfinə çempionatın bağlanış mərasimində iki dəfə Azərbaycanın Dövlət Himni səsləndirilib.
Qalereya
Oxşar xəbərlər
Azərbaycan deflimpiyaçıları Avropa çempionatında 6 medal qazanıblar
Azərbaycan milli komandası Ermənistanın Tsaxkadzor şəhərində eşitmə qabiliyyəti məhdud idmançılar arasında keçirilən Avropa çempionatında uğurlu nəticə ilə yadd...