ABŞ-dən olan basketbolçu Hassano Qravett "Sabah" klubuna qayıdıb
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ-dən olan basketbolçu Hassano Qravett "Sabah" klubuna qayıdıb.
BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə ölkə çempionunun mətbuat xidməti məlumat yayıb.
Oyunçu ilə mövsümün sonunadək nəzərdə tutulan müqavilə imzalanıb.
Xatırladaq ki, Qravett daha əvvəl iki mövsüm "Sabah"ın formasını geyinib və komandanın əsas oyunçularından biri olub. O, klubda çıxış etdiyi müddətdə iki dəfə Azərbaycan Basketbol Liqasının müntəzəm mövsümünün MVP-si, bir dəfə isə final seriyasının MVP-si seçilib.
"Sabah"dan ayrıldıqdan sonra Qravett İtaliyanın "Cantu" klubunda çıxış edib.
Oxşar xəbərlər
Dövlət qurumları arasında V minifutbol turnirinin açılış mərasimi keçirilib
Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş dövlət qurumları arasında V minifutbol turnirinin açılış mərasimi keçirilib. BAKU.WS report-a istinadən xəbər...