Federasiya rəsmisi: Azərbaycanda minifutbol inkişaf edir

Federasiya rəsmisi: Azərbaycanda minifutbol inkişaf edir
Digər 4

Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş dövlət qurumları arasında V turnir Azərbaycanda minifutbolun inkişafına təkan verir.

BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Minifutbol Federasiyasının (AMF) icraçı vitse-prezidenti Taleh Nəsibov jurnalistlərə açıqlamasında bildirib.

O, yarışın artıq ənənəvi olaraq hər il təşkil edildiyini xatırladıb:

"Ölkəmizdə minifutbol inkişaf edir. Milli komandamız son dünya və Avropa çempionudur. Belə turnirlər Azərbaycan Minifutbol Federasiyasının və bu idman növünün inkişafına da böyük təkan verir. Hər dəfə olduğu kimi yenə yarışa ciddi hazırlıq görülüb".

Qeyd edək ki, 40 dövlət qurumunun qatıldığı turnir 2027-ci ilin mayında başa çatacaq.

Son xəbərlər