Vilyam Hacıyevin azadlıqda ilk FOTOsu
Yeniliklərdən dərhal xəbərdar olun
İmişlinin sabiq icra başçısı Vilyam Hacıyev ötən gün azadlığa buraxılıb.
BAKU.WS "Qafqazinfo"ya istinadən xəbər verir ki, Vilyam Hacıyev həbsdən çıxdıqdan sonra ilk dəfə açıqlama verib.
O, xəstəliyi ilə bağlı müraciətinə müsbət qərar verilməsinə, humanizmə görə ilk növbədə Prezident İlham Əliyevə təşəkkür edib.
V. Hacıyev həbsdən çıxdıqdan sonra Fəxri xiyabana gedib, ümummilli lider Heydər Əliyevin və xanımı, görkəmli oftalmoloq Zərifə Əliyevanın məzarını ziyarət edib.
Səhhəti ilə bağlı vəziyyətə gəlincə eks-icra başçısı hazırda müalicəyə başladığını qeyd edib.
Xatırladaq ki, V. Hacıyev 8 il 6 ay azadlıqdan məhrum edilmişdi. O, cəzasının yarıdan çoxunu çəkməsi və səhhəti ilə bağlı cəzasının qalan hissəsindən şərti olaraq azad edilib.
Qalereya
Oxşar xəbərlər
Federasiya rəsmisi: Azərbaycanda minifutbol inkişaf edir
Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş dövlət qurumları arasında V turnir Azərbaycanda minifutbolun inkişafına təkan verir. BAKU.WS report-a istinadə...