İsa Həbibbəyli: Dövlət qurumları arasında minifutbol turniri idmanın kütləviləşməsinə xidmət göstərir
Yeniliklərdən dərhal xəbərdar olun
Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş dövlət qurumları arasında V minifutbol turniri əsl idman bayramıdır.
BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə turnirin açılış mərasimində iştirak edən Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik İsa Həbibbəyli jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, sözügedən yarış Azərbaycan idmanının gələcəyinə böyük xidmət göstərir:
"Gənclər və İdman Nazirliyinin beşinci dəfə təşkil etdiyi bu yarış həm də idmanın kütləviləşməsinə böyük töhfə verir. Bu il ilk dəfədir Azərbaycan Elmlər Akademiyası da turnirdə təmsil olunur. Yarışda AMEA-nı institutlar arasında keçirilən yarışın qalibi olan gənc alimlər təmsil edəcəklər".
Oxşar xəbərlər
Minlərlə vətəndaş çıxarışsız mülkünü sənədləşdirə biləcək - Qayda dəyişir
Həyətyanı torpaq sahəsi üçün yalnız plan-ölçü sənədi olan bəzi vətəndaşların mülkiyyət hüququnu rəsmiləşdirməsi mümkün ola bilər. Bununla bağlı qanun layihəsi M...