Yaşadığı evdən oğurluq edən şəxs saxlanıldı
28
noy
2026
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Bakının Yasamal rayonunda valideynlərinin evindən qızıl-zinət əşyaları və nağd pul oğurlayan şəxs saxlanılıb.
BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, əməli törətməkdə şübhəli bilinən M.Kazımlı yaxalanıb.
O, əvvəlcə valideynlərinə məxsus 3000 manat dəyərində qızıl-zinət əşyalarını oğurlayaraq lombarda qoyub və pul əldə edib. M.Kazımlı bununla kifayətlənməyərək, evdən 2000 manat nağd pul və Nəsimi rayonu ərazisində motosikletdən iki ədəd dəyəri 500 manat olan dəbilqə oğurlayıb.
Faktlarla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Bərdədə yeni ailə quran qadın öldü: Ailəsi şübhəli məqamların olduğunu iddia edir
Bərdədə dəm qazından öldüyü deyilən cütlükdən birinin - Pərvanə Hüseynovanın yaxınları hadisədə şübhəli məqamlar aşkar ediblər. BAKU.WS "Teleqraf"a istinadən xə...