Günəşdə son 5 ilin ən uzun sakitlik dövrü qeydə alındı
Yeniliklərdən dərhal xəbərdar olun
Günəşdə partlayış aktivliyi son beş ilin rekord səviyyədə uzun fasiləsi ilə yadda qalıb.
BAKU.WS xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyası məlumat yayıb.
Bildirilib ki, Günəşdə partlayış aktivliyindəki fasilə noyabrın 20-də günorta saatlarında başlayıb. Yalnız noyabrın 28-də C1.6 sinifli zəif partlayış qeydə alınıb.
Məlumata görə, Günəşdə aktivliyin aşağı olduğu dövr təxminən 171 saat davam edib. 2021-ci ilin sonundan bəri bu qədər uzun fasilə müşahidə olunmamışdı.
Həmin ilin noyabrın 13-dən dekabrın 4-dək davam edən 500 saatlıq müddətdə də C və daha yüksək sinifli heç bir partlayış qeydə alınmamışdı.
Oxşar xəbərlər
İspaniyadan 2030-cu il mundialı ilə bağlı SƏRT AÇIQLAMA
İspaniyalı siyasətçi Mərakeşlə birgə dünya çempionatının keçirilməsini mümkünsüz hesab edir. BAKU.WS xəbər verir ki, İspaniyanın sağçı Vox partiyasının lideri S...