Bakıda yol çökdü: 10 metr dərinlikdə su kollektoru üzə çıxdı
Yeniliklərdən dərhal xəbərdar olun
Xətai rayonunda yolun çökməsi nəticəsində təxminən 10 metr dərinlikdə yeraltı hissə və su kollektoru görünür.
Bu barədə Nicat Qasımov adlı vətəndaş BAKU.WS-in "Qaynar xətti"nə məlumat verib.
Onun sözlərinə görə, hadisə rayonun Corad küçəsi 5B ünvanında, yaşadıqları evin qarşısında baş verib. Yolun çökməsi nəticəsində ərazidə dərin çuxur yaranıb və yerin təxminən 10 metr dərinliyində yerləşən su kollektoru üzə çıxıb.
Vətəndaş bildirib ki, məsələ ilə bağlı aidiyyəti qurumlara məlumat verilib.
Hadisənin səbəbiilə bağlı əlavə məlumat verilməyib.
Oxşar xəbərlər
Sıfır vergi, güzəştli kredit və ucuz kommunal xidmətlər: Kəndə köçmək sərfəli olacaq?
Şəhərdən kəndə köçü təşviq etmək məqsədilə mənzil, biznes və məşğulluq sahələrində əlavə güzəştlərin tətbiqi təklif olunur. Söhbət kənd yerlərində ev almaq və y...