Stiv Uitkoff ABŞ Senatında Ukrayna ilə bağlı məxfi brifinq keçirəcək
28
noy
2026
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ prezidentinin xüsusi elçisi Stiv Uitkoff Konqresin Senatının Xarici Əlaqələr Komitəsinin üzvləri qarşısında Ukraynadakı vəziyyətlə bağlı qapalı brifinqdə çıxış edəcək.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə komitənin rəsmi saytında dərc olunan iclas cədvəlində bildirilib.
Brifinq dekabrın 1-də Bakı vaxtı ilə saat 23:00-da keçiriləcək. Stiv Uitkoff tədbirdə yeganə məruzəçi kimi göstərilib.
Bildirişə əsasən, iclas zamanı məxfilik rejimi tələb edən məsələlər müzakirə olunacaq.
Brifinqin digər təfərrüatları açıqlanmayıb.
Oxşar xəbərlər
Netanyahu baş nazir postunu Ayzenkota verməyə hazırdır
İsrailin Baş naziri Benyamin Netanyahu milli birlik hökumətinin yaradılması məqsədilə rotasiyanın ilk mərhələsində vəzifəsini "Yaşar" partiyasının sədri Qadi Ay...