Tiranada hökumət əleyhinə aksiyada 19 nəfər xəsarət alıb
Yeniliklərdən dərhal xəbərdar olun
Albaniyanın paytaxtı Tiranada noyabrın 28-də keçirilən hökumət əleyhinə etiraz aksiyası zamanı nümayişçilərlə polis arasında toqquşma baş verib, nəticədə 19 nəfər xəsarət alıb.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə və Sosial Rifah Nazirliyi məlumat yayıb.
Bildirilib ki, xəsarət alanlardan altısı polis əməkdaşı, dördü media nümayəndəsi, doqquzu isə etirazçıdır. Onların hamısının vəziyyəti stabildir.
Gərginlik nümayişçilərin Skanderbeq meydanından Baş nazirin ofisinə doğru yürüşü zamanı yaranıb. Etirazçılar polis əməkdaşlarına daş, dəyənək, fişəng, tüstü bombaları və "Molotov kokteylləri" atıblar. Həmçinin bir sıra dövlət qurumlarının binalarına hücum edilib.
Polis nümayişçilərə qarşı gözyaşardıcı qaz və su şırnaqlarından istifadə edib.
Qeyd edək ki, Albaniyanın müstəqilliyinin 114-cü ildönümünə təsadüf edən aksiyada "Albaniya satılıq deyil" şüarı səsləndirilib. Nümayiş son aylarda ölkənin müxtəlif bölgələrində keçirilən hökumət əleyhinə etirazların davamı olub.
Oxşar xəbərlər
Ukrayna Rusiyanın üç mühüm neft obyektini vurub
Noyabrın 28-nə keçən gecə Ukrayna Müdafiə Qüvvələri Rusiyanın Ukraynaya qarşı döyüş əməliyyatlarının təminatında iştirak edən üç mühüm neft obyektini vurub. BAK...