Siyəzəndə su kanalında batan 13 yaşlı uşağın meyiti tapılıb
Yeniliklərdən dərhal xəbərdar olun
"Taxtakörpü-Ceyranbatan" su kanalının Siyəzən rayonunun ərazisindən keçən hissəsində bir nəfər suda batıb.
Bu barədə BAKU.WS-ə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Bildirilib ki, FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti və Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri axtarışlara cəlb olunub.
Axtarışlar nəticəsində 2013-cü il təvəllüdlü Siyəzən rayon sakini H. Allahverdiyevin cəsədi batdığı yerdən 10 km aralı FHN-in xilasediciləri tərəfindən suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Oxşar xəbərlər
Bakıda stilist doğuşdan sonra vəfat etdi
Bakıda qadının doğuşdan sonra ölümü qeydə alınıb. BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə onun yaxınları məlumat veriblər. Belə ki, stilist kimi ça...