Bu rayonda fərdi yaşayış evləri TƏMİR OLUNACAQ - Nazirlik 1 milyon ayırdı
Yeniliklərdən dərhal xəbərdar olun
Hacıqabul rayonunda fərdi yaşayış evlərində bərpa işlərinin aparılması nəzərdə tutulur.
BAKU.WS-in məlumatına görə, bu məqsədlə 1 milyon 45 min 273,48 manat vəsaitin ayrılması planlaşdırılır.
İşləri Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Tikilməkdə Olan Obyektlərin Birləşmiş Müdirliyi həyata keçirəcək.
Layihə çərçivəsində Hacıqabul rayonu ərazisində 32 fərdi yaşayış evi bərpa olunacaq. Görüləcək işlərin sakinlərin yaşayış şəraitinin yaxşılaşdırılmasına, evlərin yararlılıq vəziyyətinin yüksəldilməsinə və məişət təhlükəsizliyinin təmin olunmasına töhfə verəcək.
Oxşar xəbərlər
Qaraçuxur poliklinikasında rentgen cihazı işləmir
Bakının Sabunçu rayonu, Qaraçuxur qəsəbəsində yerləşən 43 nömrəli şəhər poliklinikasında təxminən 1 aydır ki, rentgen cihazı işləmir. BAKU.WS xəbər verir ki, bu...