"Beach Boys" qrupunun qurucularından Mayk Lav 85 yaşında vəfat edib
Yeniliklərdən dərhal xəbərdar olun
Dünya musiqisinin tanınmış simalarından biri, "Beach Boys" qrupunun qurucularından və solistlərindən Mayk Lav 85 yaşında dünyasını dəyişib.
BAKU.WS xəbər verir ki, bu barədə musiqiçinin mətbuat katibi Keyti Altman açıqlama verib. Bildirilib ki, Lav noyabrın 28-də vəfat edib.
Mayk Lav "Surfin" USA" və "California Girls" kimi məşhur mahnıların həmmüəllifi və əsas ifaçılarından biri olub.
Qeyd edək ki, o, 1960-cı illərin əvvəllərində Brayan, Karl və Dennis Uilson qardaşları, eləcə də Əl Jardinlə birlikdə "Beach Boys" qrupunu yaradıb. Kollektiv sörfinq, avtomobillər və gənclik mövzusunda mahnıları ilə dünya şöhrəti qazanıb.
Qrupun "I Get Around", "Help Me, Rhonda" və "Good Vibrations" mahnıları musiqi tarixinin məşhur hitləri sırasında yer alır. "Beach Boys" albomlarının dünya üzrə satış sayı isə 100 milyon nüsxəni ötüb.
Oxşar xəbərlər
Feyza Civelek yeni serialda rol alacaq
Türkiyəli aktrisa Feyza Civelek yeni televiziya layihəsi ilə tamaşaçıların qarşısına çıxmağa hazırlaşır. BAKU.WS xəbər verir ki, aktrisa "Yasak Elmas" serialınd...