FIFA sülh mükafatını ləğv edə bilər
Yeniliklərdən dərhal xəbərdar olun
Beynəlxalq Futbol Federasiyası (FIFA) sülh mükafatının təqdim edilməsini dayandırmaq və ya onun adını dəyişmək variantını nəzərdən keçirir.
BAKU.WS xəbər verir ki, bu barədə "The New York Times" nəşri məlumat yayıb.
Məlumata əsasən, FIFA rəsmiləri qurumun prezidenti Canni İnfantinonun ABŞ Prezidenti Donald Trampla yaxın münasibətlərinə görə mükafatın ətrafında yaranan vəziyyətdən narahatdırlar. Bundan əlavə, növbəti mükafatın kimə təqdim ediləcəyi ilə bağlı da qeyri-müəyyənlik mövcuddur.
Xatırladaq ki, FIFA sülh mükafatının ilk laureatı Donald Tramp olub. Mükafat ona 2026-cı il dünya çempionatının püşkatma mərasimində təqdim edilib.
FIFA jurnalistlərin sorğusuna cavabında bu məsələ ilə bağlı qərarın "lazımi vaxtda" veriləcəyini bildirib.
Oxşar xəbərlər
Azərbaycan Premyer Liqasında bu gün iki oyun keçiriləcək
Misli Premyer Liqasının XIII turu çərçivəsində bu gün daha iki qarşılaşma baş tutacaq. BAKU.WS xəbər verir ki, günün ilk matçında saat 14:30-da "Şamaxı" öz meyd...