İlon Mask USAID-i çoxsaylı insanın ölümündə ittiham edib

İlon Mask USAID-i çoxsaylı insanın ölümündə ittiham edib
Dünya 6

"SpaceX" şirkətinin rəhbəri İlon Mask ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) fəaliyyətinin çoxsaylı insanın həyatına son qoyduğunu iddia edib.

BAKU.WS xəbər verir ki, Mask bu barədə "X" sosial şəbəkəsindəki paylaşımında bildirib.

O, platforma istifadəçilərindən birinin USAID-in müxtəlif ölkələrdə hakimiyyət dəyişikliyinə nail olmaq və seçki proseslərinə müdaxilə etmək məqsədilə istifadə edildiyi barədə fikirlərinə münasibət bildirib.

İlon Mask həmin iddialarla razılaşaraq agentliyin fəaliyyətinin çoxsaylı insanın ölümünə səbəb olduğunu yazıb.

Mask, həmçinin USAID-in Amerika vergiödəyicilərinin vəsaitlərini minlərlə jurnalistə maliyyə dəstəyi göstərmək adı altında onların fəaliyyətinə təsir etmək üçün xərclədiyini iddia edib.

O, USAID-in keçmiş rəhbəri Samanta Pauerin rəhbərliyi dövründə agentliyin 6,2 mindən çox jurnalistə maliyyə dəstəyi göstərməsi ilə bağlı paylaşımı da şərh edib.

"USAID vergiödəyicilərin pulları hesabına minlərlə jurnalisti satın alıb", – deyə Mask qeyd edib.

Son xəbərlər