Qaraçuxur poliklinikasında rentgen cihazı işləmir
Yeniliklərdən dərhal xəbərdar olun
Bakının Sabunçu rayonu, Qaraçuxur qəsəbəsində yerləşən 43 nömrəli şəhər poliklinikasında təxminən 1 aydır ki, rentgen cihazı işləmir.
BAKU.WS xəbər verir ki, bu iddia ilə Emin Musayev Xəzər TV-yə müraciət edib.
Onun sözlərinə görə, poliklinikada rentgen cihazının işləməməsi ərazidə yaşayan sakinlərə problem yaradır.
Emin Musayev bildirib ki, sözügedən tibb müəssisəsində rentgen işləmədiyindən vətəndaşları yaxınlıqdakı digər poliklinikalara yönləndirirlər.
Məsələ ilə bağlı TƏBİB-dən qeyd edilib ki, hazırda Bakı Baş Səhiyyə Mərkəzinin nəzdində yerləşən 43 nömrəli şəhər poliklinikasında rentgen kabinetində təmir işləri aparıldığı üçün fəaliyyəti müvəqqəti olaraq dayandırılıb. Bu müddət ərzində rentgen müayinəsinə ehtiyacı olan pasiyentlərin müayinələrinin davamlılığını təmin etmək məqsədilə onlara Suraxanı rayonu ərazisində yerləşən digər tibb müəssisələrinə, 23 və 42 nömrəli şəhər poliklinikalarına tibbi göndəriş verilir.
Oxşar xəbərlər
Bakı-Sumqayıt yolunda daha bir YENİLİK
Bakı-Sumqayıt yoluna çəkilən avtobus zolağı üçün yeni plan həyata keçiriləcək. BAKU.WS xəbər verir ki, paytaxtdan Sumqayıta və əks istiqamətdə ümumilikdə 40 kil...