SEPAH: Hörmüz boğazında daha iki neft tankeri minaya düşüb
Yeniliklərdən dərhal xəbərdar olun
Hörmüz boğazında daha iki neft tankerinin dəniz minalarına düşdüyü və gəmilərdə güclü yanğın baş verdiyi bildirilir.
BAKU.WS xəbər verir ki, bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, hadisə səhər saatlarında baş verib. Dəniz qaydalarına və xəbərdarlıqlara əməl etmədən Hörmüz boğazının cənub istiqamətində hərəkət edən iki tanker mina ilə toqquşub. Nəticədə gəmilərdə partlayış baş verib və güclü yanğın başlayıb.
SEPAH-ın məlumatına görə, partlayış baş verən tankerlərdən biri supertankerdir və onun göyərtəsində 2 milyon bareldən çox xam neft olub.
Qeyd edək ki, bundan əvvəl də Hörmüz boğazının şərq hissəsində başqa bir neft tankerinin minaya düşməsi barədə məlumat yayılmışdı.
Oxşar xəbərlər
Rusiya yanacaq idxalını artırmağı planlaşdırır
Rusiya yaxın və uzaq ölkələr hesabına yanacaq idxalını artırmağı planlaşdırır. BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə Rusiya Baş nazirinin müavin...