Pakistan Səudiyyə Ərəbistanına hərbi qüvvələr göndərib
Yeniliklərdən dərhal xəbərdar olun
Yaxın Şərqdə gərginliyin artması fonunda Pakistan Səudiyyə Ərəbistanına hərbçilər göndərib.
BAKU.WS xəbər verir ki, bu barədə Pakistan Müdafiə Nazirliyi "X" sosial şəbəkəsində məlumat yayıb.
Hərbçilərin yola salınma mərasimində Pakistanın müdafiə naziri Məhəmməd Asif, ordu rəhbərliyinin nümayəndələri və Səudiyyə Ərəbistanının Pakistandakı səfiri iştirak ediblər.
Pakistan tərəfi bildirib ki, hərbi kontingentin göndərilməsində məqsəd Səudiyyə Ərəbistanının təhlükəsizliyini, suverenliyini və ərazi bütövlüyünü qorumaq, eləcə də müdafiə imkanlarını gücləndirməkdir.
Qeyd edək ki, Pakistan, Səudiyyə Ərəbistanı və Türkiyə avqustun 7-də kollektiv müdafiə haqqında saziş imzalayıb. Razılaşmaya əsasən, tərəflərdən birinə qarşı hücum digər iştirakçılara qarşı da hücum kimi qiymətləndiriləcək.
Oxşar xəbərlər
İlon Mask USAID-i çoxsaylı insanın ölümündə ittiham edib
"SpaceX" şirkətinin rəhbəri İlon Mask ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) fəaliyyətinin çoxsaylı insanın həyatına son qoyduğunu iddia edib. BAKU.WS xəbə...