Muslera 40 yaşında futbolçu karyerasını başa vurub

Muslera 40 yaşında futbolçu karyerasını başa vurub
VİDEO
İdman 4

Uruqvaylı qapıçı Fernando Muslera peşəkar futbolçu karyerasını başa vurub.

BAKU.WS xəbər verir ki, onun son oyunu Libertadores Kubokunun finalında "Estudiantes"in "Palmeyras"la qarşılaşması olub.

Braziliya klubu matçda minimal hesabla qalib gələrək kuboku qazanıb.

Qeyd edək ki, Muslera 2011-2025-ci illərdə "Qalatasaray"ın formasını geyinib və İstanbul təmsilçisi ilə 8 dəfə Türkiyə çempionu olub. O, "Estudiantes"in finala yüksəlməsində də mühüm rol oynayıb. Yarımfinalda "Flamenqo" ilə penaltilər seriyasında üç zərbəni dəf edib.

Son xəbərlər